Göygöl rayonunun Xaqani kəndində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü kənd sakini Məmmədov Vüsal Eldar oğlu qarın nahiyəsindən bıçaqlanıb.

Yaralı öz yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.
.