Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə spirtli içkilərdən zəhərlənmə diaqnozu ilə 89 müraciət daxil olub.
Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.
Bu ilin yanvar-oktyabr aylarında mərkəzə gətirilənlərin 700-ü istifadə müddəti bitmiş dərman preparatlarından və evdə hazırlanmış qidalardan zəhərlənib.
Üzvi həlledicilərlə zəhərlənmələrlə 63, yandırıcı məhlullarla zəhərələnmələrlə 245, məişət kimya məhsulları ilə zəhərlənmələrlə 5 xəstə daxil olub.
240 nəfər isə dəm qazı və digər toksiki qazlarla zəhərələnib. Həmçinin 31 nəfər göbələkdən zəhərlənib.
.
