Taliban hökumətinin qərarı ilə 31 avqust Əfqanıstanda milli bayram elan edilib.
“Le Matin” saytının xəbərinə görə, paytaxt Kabilin küçələri bəzədilib. Bununla belə, rəsmi tədbir keçirilib-keçirilməyəcəyi barədə qabaqcadan məlumat verilməyib.
Qeyd edək ki, 30 avqust 2021-ci il saat 23.59-da sonuncu ABŞ əsgəri Əfqanıstanı təyyarə ilə tərk edib. Halbuki prezident Co Bayden son müddət kimi 1 sentyabrı müəyyən etmişdi. ABŞ əsgərlərinin gedişinə paralel olaraq prezident Əşrəf Qəni də ölkəni tərk edib.
.
