Qaxda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
ARB TV xəbər verir ki, 37 yaşlı Şəlalə Əsgərova koma vəziyyətində zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Müayinə zamanı məlum olub ki, üç uşaq anası olan Əsgərova qonşuları tərəfindən yaşadığı evin hamam otağında huşsuz vəziyətdə aşkarlanıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadına lazımı tibbi yardım göstərilib, vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
Yenizaman.az


