"ABŞ Rusiyanı yaxın çevrəsindən, Çini isə Pasifik bölgəsindən mühasirəyə almaq istəyir. Buna görə də Qara dənizdə gücünü artırmaq niyyətindədir”.

Bu barədə türkiyəli yazar Barış Doster məqaləsində qeyd edib.

Onun sözlərinə görə, ABŞ Ukrayna və Gürcüstanı hələlik NATO-ya qəbul etməyib: "Lakin bu iki ölkə ilə növbəti dövrdə əməkdaşlıq edərək, Rusiyanı Qara dənizdə mühasirəyə almağı planlaşdırır. Amerika Qafqaza soxulmaq, NATO sərhədini Azərbaycana qədər uzatmaq istəyir”.

Lakin yazar bunun asan olmadığını və ABŞ-Çin toqquşmasının yaxınlaşdığını vurğulayıb.

"Şanxay Əməkdaşlıq Təşkilatı güclənir, Rusiya-Çin yaxınlaşması Amerika üçün böyük təhlükədir. Orta Asiyadakı ABŞ-ın hərbi bazaları bağlandı. Buna görə də İranla anlaşmağa məcbur oldu. Suriyada istədiyinə nail ola bilmədi. ABŞ Çinin Yaxın Şərqdə, Afrikada, Orta Asiya və Latın Amerikasında artan nüfuzunun qarşısını ala bilmir”, - deyə o bildirib.

B.Doster yeni toqquşmaların yaşanacağını və bunun böyük coğrafiyanı əhatə edəcəyini hesab edir.(Publika.az)

.