Goranboy rayonunun Nizami kəndində yanğın baş verib.
ARB TV xəbər verir ki, kənd sakini Aquş Tağıyevə məxsus ümumi sahəsi 110 m² olan birmərtəbəli, kürsülü 3 otaqlı evin bütün otaqları və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da, ev yararsız hala düşüb.

Zərərçəkən Aquş Tağıyev: "Yas yerinə gedirdim, qonşular dedilər ki, eviniz yanır. Yollar da bağlıdır, yanğınsöndürənlər gec gəldilər. Gəlinin cehizlərinin yarısı yandı, yarısın çıxardıq. Qışın günü bu vəziyyətdə qaldıq".
Faktla bağlı araşdırma aparılır.
Yenizaman.az
