Yenizaman.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə-Suriya sərhədində yerləşən Kilisə bağlı olan Yavuzlu kəndində Türk əsgəri İŞİD (İraq Şam İslam Dövləti) terror qruplaşması tərəfindən qaçırılıb. Hadisədən dərhal sonra 3 helikopter dolu "Bordo Bərəli" əsgərlər bölgəyə göndərilib. İŞİD-lə "Bordo Bərəli" əsgərlər arasında hər hansı bir qarşıdurmanın baş verməsi barədə hələ ki, məlumat yoxdur.

.