Abşeronda 29 yaşlı qadını avtomobil vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçən 1987-ci il təvəllüdlü Məmmədəliyeva Ülviyyə Hüseyn qızını naməlum markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb.

Ü.Məmmədəliyeva hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yenizaman.az
.