Metronun "28 May” stansiyasının yaxınlığında yerləşən "28 Mall” Ticarət-Əyləncə Mərkəzi bu gün səhər bir saat ərzində bağlı olub.
Mərkəzin içərisindən həyəcan siqnalı səsləri eşidilib, adamlar evakuasiya olunaraq binanın arxasına toplanıb. Binanın ətrafında hüquq-mühafizə qüvvələri gözə dəyməyib.
Baş verənlərin səbəblərinə gəlincə isə yenizaman.az-ın məlumatına görə, mərkəzdən "Turan”a bildirilib ki, bu, treninq keçirilməsi ilə bağlıdır. Öz növbəsində mərkəz əməkdaşları da jurnalistlərə "təlim keçirildiyini” bildiriblər.
Bir saatdan sonra mərkəz öz işini adi rejimdə bərpa edib.
.
