Şamaxı rayonunda bədbəxt hadisə baş verib. 


APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində Şamaxı şəhərinin Şirvan küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Şəhər sakini 1989-cu il təvəllüdlü Abdurrəhmanova Şəhla Elşad qızı yaşadığı evdə pəncərə şüşələrini silib təmizləyərkən ehtiyatsızlıq edib və binanın 5-ci mərtəbəsindən yıxılıb. 


Hadisə zamanı ağır bədən xəsarətləri alan Şəhla Abdurrəhmanova təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq bir uşaq anası olan Şəhla Abdurrəhmanova xəstəxanada dünyasını dəyişib.

 

 

.