Bakıda intihar hadisəsi baş verib.

Hadisə paytaxtın M. Hadi küçəsi ev 111, mənzil 77 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1989-cu il təvəllüdlü Anar Çərkəz oğlu Camalov çoxlu sayda dərman qəbul edərək özünə qəsd edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

APA.az 
.