Lerikdə qardaş bacısını amansızcasına qətlə yetirib.

Lerik Rayon Prokurorluğundan "Trend"ə verilən məlumata görə, dekabrın 11-də saat 15 radələrində rayonun Kaqoy kənd sakini, 1990-cı il təvəllüdlü Valeh Şahverdiyev şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 1983-cü təvəllüdlü bacısı Xəyaləni bıçaqla çoxsaylı xəsarət yetirməklə qəsdən öldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
.