Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Yenizaman.Az report.az-a istinadən bildirir ki, hadisə Xudu Məmmədov küçəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Abdiyev Elvin Məhəmməd oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
.