Dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev Publika.az-a açıqlamasında faktı təsdiq edib.
O bildirib ki, idmançı dünən axşam saatlarında avtomobil qəzasında dünyasını dəyişib: "Hadisə barədə bu gün səhər saatlarında məlumat əldə etmişik. Zığ şossesində baş verib. Reyhan Məmmədova yolu keçərkən onu avtomobil vurub. Rəssamlıq Akademiyasını bitirmişdi, 22 yaşı var idi”.
R.Məmmədova tanınmış idmançı İlqar Məmmədovun qızıdır.
.
