Bakıda 22 yaşlı oğlan yaşadğı mənzilin yaxınlığında bıçaqlanıb.

"Report”un məlumatına görə, hadisə Nəsimi rayonunun Cavadxan küçəsində qeydə alınıb. 

Belə ki, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kamran Abilov tanışı, 21 yaşlı Fərhad Kazımov tərəfindən bıçaqlanıb. Yaralı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törədən F.Kazımov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
.