Ağsuda 22 yaşlı gənc göldə batıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Muradlı kəndi ərazisində yerləşən süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1994-cü il təvəllüdlü, Hasilov Ceyhun Əliqardaş oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:37-də başa çatıb.
.
