
18 karatlıq 910 ədəd ağ brilyantla bəzədilmiş medalyon 215,000 funt sterlinqə satışa çıxarılacaq.
"Almaz yumurta" kimi adlandırılan medalyon zərgər Martin Jefferies tərəfindən hazırlanıb.
Daily Mail xəbər verir ki, yumurta şəkilli zinət əşyası içərisinə fotoşəkil qoyula bilən medalyonu xatırladır.
VeryFirstTo saytının təsisçisi Marsel Knobil bu barədə öz çıxışında deyib:
"Bu sadəcə gözəl ornament deyil, gözlərinizi ayıra bilməyəcəyiniz kübar bir zinət əşyasıdır".
O bu zərgərlik nümunəsini "həyat, birlik, sülh və məhəbbətin universal rəmzi" kimi dəyərləndirib.
.