Hindistanda 21 yaşlı gənc qıza təcavüz edib öldürdükdən sonra cəsədini parçalara ayıran 6 nəfərdən 3-ünə edam cəzası verilib. Digər 3 təqsirləndirilən şəxsə isə ömürlük həbs cəzası verilib.
Təcavüz hadisəsi 2013-ci ildə, qərbi Bengal əyalətinin Kamduni kəndində baş vermişdi. 6 kəndli, universitetdən dönən qıza təcavüz edərək öldürmüş, daha sonra isə cəsədi parçalara ayırmışdılar. Gənc qızın böyük qardaşı, cəsədin parçalarını Kalkütanın 30 kilometr şimal-qərbindəki bir kanalın kənarında tapmışdı.
Edam cəzasına məhkum edilən şəxslərin yaxın günlərdə edam ediləcəyi bildirilib.
Qeyd edək ki, Hindistanda təkcə 2014-ci ildə 36 min 735 təcavüz hadisəsi yaşanıb.
.