Ağdamda intihar hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Quzanlı qəsəbəsində qeydə alınıb.

1996-cı il təvəllüdlü Abbasova Cəmalə Saday qızı özünü asaraq intihar edib. Yaxınları onun ruhi xəstə olduğunu bildiriblər.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.

.