2025-ci ilin birinci rübü ərzində Azərbaycanda 23,4 min yeni iş yerləri açılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 90,6 faizi qeyri-dövlət sektorunda açılıb.

Məlumata görə, yeni açılmış iş yerlərinin 74,4 faizi Bakı şəhərinin, 0,9 faizi Naxçıvan Muxtar Respublikasının, 24,7 faizi digər regionların, o cümlədən 11,4 faizi Abşeron-Xızı, 2,4 faizi Quba-Xaçmaz, 2,2 faizi Qarabağ, 1,7 faizi LənkəranAstara, 1,5 faizi Gəncə-Daşkəsən, 1,3 faizi Şəki-Zaqatala, 1,1 faizi Şirvan-Salyan, 0,7 faizi Mil-Muğan, 0,6 faizi Dağlıq Şirvan, 0,6 faizi Qazax-Tovuz, 0,6 faizi Mərkəzi Aran və 0,6 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 11,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,5 faizi isə digər tədbirlər üzrə yaradılıb.

.