Növbəti dörd il (2021-2024-cü illər) ərzində Azərbaycanda istehlak qiymətləri indeksi orta hesabla 2,8% artacağı proqnozlaşdırılır.

"APA-Economics" bu barədə Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasına istinadən xəbər verir.

Proqnozlara əsasən, ölkədə 2021-ci ildə inflyasiya 3%, 2022-ci ildə – 2,8%, 2023-cü ildə – 2,8%, 2024-cü ildə isə 2,7% təşkil edəcək.

2021-2024-cü illərdə Azərbaycanda qeyri-neft ÜDM-i orta hesabla 3,7% artacaq 

Növbəti dörd il ərzində Azərbaycan iqtisadiyyatının orta illik artım tempinin 3,7% təşkil edəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasına istinadən xəbər verir.

Proqnoza görə, ölkədə ÜDM istehsalı 2021-ci ildə 3,4%, 2022-ci ildə 4,8%, 2023-cü ildə 3,7%, 2024-cü ildə isə 3,1% artacaq.

.