Moda tarixinin hər bir dövründə məşhurlar arasında aktual olan modeli var. Müasir moda tarixi hər şey 20-ci illərin ortalarında başlanır: Koko Şanel qara don geyinməklə sadəcə sevgilisi Boyu Kaypelə yas saxlamır, həm də dəbə inqilabi yenilik gətirir. 30-cu illərdə Böyük Madmazelin əsas rəqibi qeyri-adi Elza Skiaperelli və onun dəbli sürrealizmi olur, amma 40 və 50-ci illər "new look” (yeni obraz) bayrağı altında keçirilir.

60-cı illərdə təmtəraqlı balları maestro Diorun tələbəsi olan İv Sen Loranın qısa trapez paltarla idarə edir. 70-ci illərdə onları amerikalı dizayner Diana Fon Fyustenberqin yaradıcısı olduğu və dəbə gətirdiyi xalat donlar əvəzləyir. 80-cı illərdə artıq qabarıq yubkalar zirvələri fəth edir, 90-cı illərdə isə demək olar ki, bütün dövrlərin tendensiyaları qarşımıza çıxır.

Publika.az xəbər verir ki, həmin dövr moda bir növ "maraq dərnəklərinə” oxşayırdı: kiməsə Aleksandr Makkuinin və Mark Ceykobsun qranj üslubu, kiməsə Canini Versaçe və Coon Qolyanonun təmtəraqlı geyimləri xoş gəlirdi. Yeni minilliyin əvvəlində indiki dövrün əksi olan "çılpaq" paltarlar dəbə minir.

"Çılpaq" geyimlər artıq neçə ildir ki, Hollivud gözəllərinin seçimləri arasında üstünlük təşkil edir. 2017-ci ildə də cəsarətli ulduzlar arasında transparan paltar geyinən az olmadı. Hətta əkiz anası olmağa hazırlaşan Beyons da hamilə halda daşlarla bəzədilmiş transparan paltarda səhnəyə çıxaraq çoxlarında heyrət doğurmuşdu.

Qeyd etmək laızmdır ki, belə paltar sözün bütün mənalarında incədir: bircə səhv addım və onun sahibi dərhal ən zövqsüz ulduzlar siyahına daxil olacaq.

Biz 2017-ci ilin bitməsi münasibətilə modapərəstlər üçün ən yaddaqalan "çılpaq” paltarları seçmişik. Daş-qaşla işlənmiş transparan libasların əsas pərəstişkarları arasında model Bella Hadid, Kendal Jenner, Haydi Klum, İrina Şeyk, Beyons, hətta Hülya Avşar və Seda Sayan kimi ulduzları göstərmək olar.






























.