
Gələn il Azərbaycanda bayram günlərinin tarixləri açıqlanıb.
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.
Məlumata görə, martın 8-i (Beynəlxalq qadınlar günü) bazar gününə təsadüf etdiyi üçün, martın 9-da qeyri-iş günüdür.
Bundan başqa, Novruz bayramında isə tam olaraq 7 gün (martın 20-dən martın 26-dək) istirahət edəcəyik.
9 may "Qələbə günü” şənbə gününə təsadüf etdiyi üçün mayın 11-i, bazar ertəsi də qeyri-iş günüdür.
.