2015-ci il üzrə dövlət büdcəsinin proqnozları açıqlanıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.
Maliyyə Nazirliyinin yaydığı məlumata görə, gələn il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5% həcmində olmaqla nominal ifadədə 19 milyard 438 milyon manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3%-i təşkil etməklə21 milyard 100 milyon manat proqnozlaşdırılır.
Dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 milyard 54 milyon manat və ya 5,7% artıqdır. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 milyard 37 milyon manat və yaxud 5,2% çoxdur.
.