Kür çayında 1 nəfər batıb.

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonu, Narlıq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. 

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. 

Kür çayında batan şəxsin kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Kürün Sabirabad rayonu ərazisindən keçən hissəsində batan şəxs rayonun Narlıq kənd sakini 1996-cı il təvəllüdlü Qəhrəmanova Sevanə Polad qızıdır.

Hazırda axtarışlar davam etdirilir.

.