
1998-ci ildə Fransada təşkil olunan və Fransanın çempionluğu ilə bitən dünya çempionatından 17 il ötüb. Həmin mundialda Fransanın heyətində yer alan futbolçuların hazırda nə işlə məşğul olduqlarını təqdim edirik:
Qapıçılar:
№1. Bernar Lama (Meydana çıxmayıb)
2006-cı ilin iyulunda Keniya yığmasının baş məqçisi təyin olunub, lakin bu, 2 ay davam edib və iş şərtlərindən narazı qaldığı üçün ayrılıb. 2015-ci ildən Qayana yığmasının baş meneceri vəzifəsində çalışır.
№16. Fabyen Bartez (7 oyun, 2 top buraxıb)
Karyerasını bitirəndən sonra avtomobil yarışlarına qatılıb, hətta 2013-cü ildə FFSA GT üzrə Fransa çempionatının qalibi olub. 2015-ci ilin martında Fransada təşkil olunacaq AVRO-2016-nın Tuluza şəhərində səfiri təyin olunub.
№22. Lionel Şarbonye (Meydana çıxmayıb)
2007-ci ildə Taiti millisinin məşqçisi olub. Daha sonra 2015-ci ilin yanvar ayına qədər Fransanın "İstr" klubunu çalışdırıb.
Müdafiəçilər:
№2. Vensan Kandela (1 oyun)
2014-cü ildə İtaliyanın "Ulduzlarla rəqs" yarışmasında iştirak edib. Hazırda agent fəaliyyəti ilə məşğuldu.
№3. Biksent Lizarazu (6 oyun, 1 qol)
2006-cı ilin mayında "Canal+"la ekspert mövqeyi üçün 3 illik müqavilə imzalayıb. Sörfinq və Ciu-citsu ilə peşəkar məşğul olur – 2009-cu ildə Avropa çempionatının qalibi olub. Hazırda Çempionlar Liqasının və Fransa yığmasının matçlarını şərh edir.
№5. Loran Blan (5 oyun, 1 qol)
2007-2010 tarixlərində "Bordo"ya, 2010-2012-ci illərdə isə Fransa yığmasına rəhbərlik edib. Hazırda PSJ-nin baş məşqçisidir.
№8. Marsel Desayi (7 oyun)
2008-ci ildə Afrika Millətlər Kubokunun təşkilində iştirak edib. 2002-ci ildə avtobioqrafiyasını dərc edib. 80 000 nüsxə satılıb. 2011-ci ildə Fransa Futbol Federasiyasına qoşulub.
№15. Lilian Türam (6 oyun, 2 qol)
Bir neçə kitab yazıb, həmçinin 2012-ci ilin martında işıq üzü görən "Bərabərlik manifesti"ni də... Oğlu Markus yaxınlarda "Soşo" klubunun heyətində 2-ci Liqada debüt edib.
№18. Frank Leböf (3 oyun)
2005-ci ildə aktyorluq kurslarını uğurla bitirib, hazırda filmlərdə çəkilir. Həmçinin şərhçi kimi də çalışır.
Yarımmüdafiəçilər:
№4. Patrik Vieyra (2 oyun)
"Mançester Siti"də U19 komandasının məşqçisi kimi çalışır.
№7. Didye Deşam (6 oyun)
"Monako", "Yuvetus" və "Marsel"də işləyib. 2012-ci ildən Fransa yığmasının baş məşqçisidi.
№10. Zinəddin Zidan (5 oyun, 2 top)
2011-ci ildə "Real"ın idman direktoru vəzifəsinə təyin olunub. 2013-cü il iyununda Karlo Ancelottinin köməkçisi olub. 2014-cü ildən "Real"ın ikinci komandası "Kastilya"ya rəhbərlik edir.
№11. Rober Pires (3 oyun)
"beIN Sports" kanalında ekspert kimi çalışır.
№13. Bernar Diomed (3 oyun)
2008-ci ildə Fransa Futbol Federasiyasının sponsorluq etdiyi Bernar Diomed Akademiyasını açıb.
№14. Alen Boqossyan (5 oyun)
2008-ci ildə Fransa yığmasında Raymon Domenekin köməkçisi təyin edilib. Loran Blanın zamanında da köməkçi işləyib. Didye Deşamanın gəlişi ilə öz postunu tərk edib.
№17. Emanuel Peti (6 oyun, 2 qol)
Fransa televiziyasında şərhçi kimi çalışır, DÇ-2014-ü şərh edib.
№19. Kristian Karambö (4 oyun)
2005-ci ildə FIFA-nın Okeaniyada səfiri olub. 2013-cü ildən yunan klubu "Olimpiakos"un beynəlxalq münasibətlər üzrə məsləhətçisidi.
Hücumçular:
№6. Yuri Corkayef (7 oyun, 1 qol)
Nyu-Yorkda yaşayır, gənclər üçün xeyriyyə turnirləri təşkil edir.
№9. Stefan Qivarş (6 oyun)
2003-cü ildə öz səsini "Pro Evolution Soccer 3"ə borc verib. Bu gün isə "Trequnc” klubunun prezidentidi.
№12. Tyerri Anri (5 oyun, 3 qol)
2014-cü ilin dekabrında Anri oyunçu karyerasına son qoyub və ingilis kanalı "Sky Sports"da futbol eksperti oldu, eyni zamanda UEFA-nın A və B kateqoriyaları üzrə məşqçi lisenziyası almaq üçün təhsil almağa başlayıb. 2015-ci ilin fevral ayında "Arsenal” Anriyə gənclərdən ibarət komandaların birinin məşqçi vəzifəsini təklif edib.
№20. David Trezeqe (5 oyun, 1 qol)
Davidin sonuncu klubu Hindistan "Puma Siti"si olub və orada da karyerasına son qoyub.
№21. Kristof Cüqari (3 oyun, 1 qol)









