
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinən İlkin Bəşirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 29-na təyin olunub.
Qeyd edək ki, hadisə 2014-cü il, iyulun 26-da baş verib. Nizami rayon sakini, 1995-ci il təvəllüdlü Səfərov Ümid Rövşən oğlu ağır dərəcəli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin araşdırmalar nəticəsində Ümid Səfərovun tanışı, Sumqayıt sakini olan 18 yaşlı İlkin Bəşirov tərəfindən bıçaqlanması müəyyən edilib. İlkin Bəşirov saxlanılıb. Məlum olub ki, İlkin Bəşirov əvvəllər oğurluq etdiyinə görə, cinayət məsuliyyətinə cəlb edilib.
.