Lerik rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib.
Hadisə bu gün saat 18.00 radələrində rayonun Livədirqə kəndində qeydə alınıb.
Kənd sakini, 1998-ci il təvəllüdlü Elcan İzzət oğlu Zahidov ov tüfəngini təmizləyərkən tüfəng açılıb və güllə ona dəyib.
Nəticədə E. Zahidov yaralanıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.
apa.az
.
