
May ayında Türkiyədə qapılarını ziyarətçilərə açacaq 9-cu Beynəlxalq Antalya Qum Heykəl Festivalında 16 türk dövlətinin əsgərinin qumdan heykəlləri hazırlanacaq.
7 min kvadratmetr sahədə 10 min ton qumdan istifadə ediləcək.
Festivalın təşkilat komitəsinin rəhbəri Cem Qaraca bildirib ki, son iki ildir mövzu "İmperiyalar"dır və bu mövzu əvvəlki illərdən daha çox maraq görür. Qaraca bildirib ki, qonaqların tarixi mövziya marağı daha çoxdur.
"Festivala gələn qonaqlar burada əylənirlər. tariximizi təbliğ etmək isə bizim missiyamızdır. Bu il bir milyon ziyarətçi hədəfləmişik. Tariximizi təbliğ edən heykəllər də 1 milyon yerli və xarici şəxslər tərəfindən izləniləcək. Bu il festivalda dünyanın ən hündür qum heykəlini hazırlayaraq Gimmesin rekordlar kitabına düşməyi planlamışıq ”-Qaraca deyib.
Festivalda iştirak etmək üçün 25-ə yaxın ən yaxşı heykəltəraşın dəvət edildiyi bildirilib. (musavat.com)
.