Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Hadisə axşam saatlarında Xəzər dənizinin sahilində qeydə alınıb.
15 yaşlı Lənkəran şəhər sakini Yunus Elşad oğlu Əzimzadə naməlum şəxs tərəfindən bıçaqlanıb.
Boyun nahiyəsinin kəsilmiş-deşilmış yarası alan zərərçəkən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Zərərçəkmişə xəsarət yetirmiş şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.
.
