Neftçala rayonunda intihar hadisəsi baş verib. Rayonun Mikayıllı kənd sakini, 12 yaşlı Orxan Şamil oğlu Hüseynov bu gün axşam tərəfi yaşadığı evin həyətindəki damda özünü asaraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır. (APA)

.