Ağdam şəhər Seçki Dairəsinin Bakının Nizami Rayonunda yerləşən 26 saylı Seçki Məntəqəsində "total” seçki saxtakarlıqları baş verir. Bu barədə 118 saylı dairədən namizədliyini irəli sürmüş Musa Ağayevin müsahidəçisi Namiq Cəfərlinin verdiyə məlumata görə, o bu gün Bakının Nizami rayonunda yerləşən 26 Saylı Məntəqədə müşahidəçi olub və sözü gedən məntəqədə baş verən saxtakarlıqlara etirazını bildirib. Seçki Mətəqəsinin sədri Əliyeva Gülşən, katiblər Cəfərova Sona və Əliyeva Arzu Namiq Cəfərliyə qarşı birləşərək onu mətəqədən uzaqlaşdırmaq üçün şər-böhtana keçiblər. N.Cəfərlinin sözlərinə görə, vəziyyət məntəqədə həddən artıq acınacaqlı olub. Açıq-aşkar təşkil olunaraq gətirilən adamlar qutulara topa-topa bülletenlər atıblar. O buna etiraz etdikdə isə məntəqə komissiyası onu seçkinin gedişinə mane olmaq adı ilə protokollaşdıraraq, müşahidəçilikdən uzaqlaşdırıb.
***
Bundan əlavə Bakının Suraxanı rayonunda yerləşən 33 və 34 saylı mətəqələrdə də anoloji hadisələrin gedişi müşahidə edilib. Bu barədə sözü gedən mətəqədə müşahidəçi Rəsulzadə Zaur bildirirlər ki, səhər tezdən insanları avtobuslarla mətəqəyə gətirib səs verdiyrirlər. Mətəqələrdə xüsusilə 118 saylı dairədən namizədliyini irəli sürmüş Bəxtiyar Əliyevin xeyrinə kütləvi şəkildə qutulara topa-topa bülütünlər atırlar. Ən biabırçı semki saxtakarlığı demək olar, Suraxanı rayonunda yerləşən 33 və 34 saylı mətəqələrdə baş verir.
***
Daha sonra Bakının Yasamal rayon ərazisində yerləşən 23 saylı mətəqədə də saxtakarlıqlar baş verməkdədir. Burda ən çox "karusel əməliytanın” olduğu bildirilir. Mətəqədə olan müşahidəçi Məmmədli Ruzinurun verdiyi məlumata görə, o mətəqədə eyni insanların bir neçə dəfə səs verdiyinin şahidi olub.
***
Bakının Xatai və Binəqədi rayonlarında yerləşən 29 və 30 saylı məntəqələrində də saxtakarlıaraq davam edir. Bu barədə məntəqələrin müşahidəçiləri Ağayev Eldəniz və Yusifov Rövşən bildirirlər ki, saxtakarlıqlar biabırçı şəkildə davam edir. Onların sözlərinə görə, kimsədən çəkinmədən açıq-aşkar qutulara topa-topa bülütenlər atılır. Buna etiraz edən müşahidəçilərə hədə-qorxular gəlinir. Məntəqə sədləri Bəxtiyar Əliyevin yenidən Milli Məclisə millət vəkili seçilməsi üçün bacardıqca əllərindən gələn saxtakarlıqlar təşkil edirlər. Onların demək olar ki, əksəriyyəti məhzə Bəxtiyar Əliyevin "qutu”dan çıxmasının təmin olunması üçün dəridən-qabıqdan çıxırlar.
