Mən, 118 saylı Ağdam şəhər Seçki Dairəsindən MM-ə namizəd Ağayev Musa Habil oğlu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pənahova Kütləvi İnformasiya Vasitələri vasitəsilə təcili müraciət edib, 118 saylı seçki dairəsinin, 18, 20, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45 və 46 saylı məntəqələrində, Ağdam RİH-nin başçısı Raqub Məmmədov başda olmaqla, icra nümayəndələri, Ağdam rayonundan müxtəlif məntəqələrə təhkim olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon təhsil şöbələsinin müdiri, tərəfindən məktəb direktorları, müəllimlər, məntəqə sədrləri məcburi qaydada yuxarıda göstərilən mətəqələrdə ədalətli və şəffaf seçki keçirilməsinə əngəl törədirlər. İnsanları AR Konstitusiyasının maddələrini kobud şəkildə pozmağa sövq etdirirlər! Belə ki, mənə Musa Ağayevə səs verəcək müəllimləri, həkimləri, ən xırda dövlət işçisini belə vəzifələrindən qovacaqları ilə təhdid edirlər. Hətta artıq məntəqələrdə qanunsuzluqlara və saxtakarlığa etiraz edən bir neçə muşahidəçimizə əsassız yerə seçkilərin gedişinə mane olmaq ittihamı irəli sürülərək müşahidəçilikdən uzaqlaşdırılıb. Deputatlığa namızəd Bəxtiyar Əliyev və onun yaxın ətrafı əhali arasında daha yüksəv vəzifələrdə post tutmuş vəzifəli şəxslərin adını hallandırmaqla, onun tərəfindən artıq, MM-ə deputat təyin olunmağını təbliğ etməklə, insanlarda inamsızlıq və ruh düşkünlüyü əhval-ruhiyyəsi yaradırlar. Bununla da, bu adamlar Azərbaycan Respublikasının təməl sutunlarından biri olan Qanunvericilik hakimiyyətinə qarşı birləşərək, Konstitusiyaya zidd hərəkətlər etməkdədirlər!
Çox təəssüflər olsun ki, gün ərzində məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasını və eləcə də müxtəlif dövlət orqanlarına mürəciətimə baxmayaraq hal-hazırda məntəqələrdə kütləvi şəkildə saxtakarlıqlar davam etməkdədir və bu şəxslər Azərbaycan Respublikasının Seçki Qanunlarını pozmaqda davam etməkdədirlər.
118 saylı Seçki Dairəsinin Məntəqələrində baş verən kütləvi saxtakarlığın nə ilə nəticələnəciyi demək olar ki, artıq bəllidir.

.