İyulun 29-da Qaradağ rayonu ərazisində 11 qat Azərbaycan çempionu olmuş, K1 turnirinin qalibi, dünya kubokunun sahibi, 4 qat dünya çempionu və beynəlxalq dərəcəli idman ustası, polis kapitanı Kamil Şərifov xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb.

Bu barədə oxu.az-a çempionun dostu, tanınmış məşqçi Kamil Zeynallı məlumat verib.
Məlumata əsasən, Qaradağ rayonunun Qobu qəsəbəsində oğurluq hadisəsini araşdıran polis kapitanı Kamil Şərifov tək başına beş nəfər şübhəli şəxsi saxlamaq istəyib. Şübhəli şəxslər polisə tabe olmayaraq, ona hücum ediblər və cinayətkarlardan biri polis kapitanına qəflətən 3 bıçaq zərbəsi endirib.
11 dəfə Azərbaycan çempionunu bıçaqlayan şəxslər ərazidən uzaqlaşıblar.
Onun sözlərinə görə, 4 qat dünya çempionu təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, orda da əməliyyat olunub.
K.Şərifov hazırda Daxili İşlər Nazirliyinin hospitalında müalicə olunur.

.