Azərbaycanda bir sıra dövlət qurumlarına məxsus avtomobillər hərraca çıxarılacaq.
Nəqliyyat vasitələrinin hərraca çıxarılma tarixi 4 dekabr 2018-ci ildir.
Avtomobillər arasında "Mercedes", "BMW", "Nissan" kimi markalar var.
Hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı:
S/N | Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti (manatla) | 10% beh (manatla) |
1. | Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Musiqili Teatrı | Mercedes Benz 280 | 1998 | 7000 | 700 |
2. | Şəki Şəhər İcra Hakimiyyəti | VAZ-2121 | 1985 | 1000 | 100 |
3. | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Lənkəran Şəhər Statistika İdarəsi | VAZ-21043 | 2006 | 4000 | 400 |
4. | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Gəncə Şəhər Statistika İdarəsi | VAZ-21043 | 2006 | 3000 | 300 |
5. | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qazax rayon Statistika İdarəsi | Nissan Maxima | 2002 | 6000 | 600 |
6. | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Cəlilabad rayon Statistika İdarəsi | VAZ-2106 | 2005 | 1800 | 180 |
7. | Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi | BMW 730 Li (qəzalı vəziyyətdə) | 2006 | 5000 | 500 |
8. | Azərbaycan Respublikasının Milli Məclisinin İşlər İdarəsi | Nissan Maxima | 2006 | 4500 | 450 |
Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi, 11) və yaxud e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 bank günü qalanadək qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.
.
