2-ci dünya müharibəsinin hərbi pilotlarından olan Meri Ellis 100 yaşını qeyd edib

 Pilot ad günündə ən gözəl hədiyyəyə qovuşub. Meri hərbi təyyarənin şturvalı arxasına keçib.

Meri Ellis 2-ci dünya müharibəsində İngiltərə ordusunda hərbi təyyarə pilotu kimi fəaliyyət göstərib. 100 yaşı münasibətilə ona həyatının ən gözəl hədiyyəsi təqdim edilib. Ellis müharibədə istifadə etdiyi təyyarə ilə səmaya qalxıb.

Savaşda Merinin istifadə etdiyi təyyarələrdən ikisi "Spitfire" hərbi qırıcıları havaya qalxıb. İkinəfərlik qırıcının tərkində Ellis də var idi. 

Uzun illər sonra yenidən səmada süzən Merinin gözləri qarşısında köhnə xatirələri canlanıb. Pilo Met Cons bir neçə dəqiqədən sonra şturvalı Ellisə verib.(Ölkə.az)
.