Almaniyanın İŞİD-ə qoşulan 100-ə qədər islamçısı Suriya və İraqda məhv edilib.
Virtualaz.org bildirir ki, bu barədə alman qəzeti "Bild am Sonntag” Almaniyanın XİN başçısı Tomas de Mezera istinadən məlumat yayıb.
XİN başçısı bildirib ki, ümumiyyətlə 2012-ci ildən indiyədək onun ölkəsindən İŞİD-in tərəfindən döyüşmək üçün İraq və Suriyaya 700 adam gedib. Nazirin sözlərinə görə, onların 1/3 hazırda Almaniyaya qayıdıb.
Qəzet yazır ki, artıq onlara qarşı cinayət işləri açılıb. Bundan başqa, radikallarla əlaqəsi olan daha yüzlərlə adam sorğu-suala çəkilir.
Xatırladaq ki, bir müddət əvvəəl yayılan məlumatda bildirilirdi ki, Almaniya Fransa və Böyük Britaniya ilə birgə vətəndaşları Suriyaya ən çox gedən ölkələrin siyahısında liderdirlər.
.