İran qüvvələri İsrailin Hayfa şəhərində yerləşən neft emalı zavoduna və elektrik yarımstansiyasına raket zərbəsi endirib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İsrail KİV-ləri raket qalıqlarının şəhər ərazisinə düşdüyünü təsdiqləyib. Məlumata görə, Hayfanın müxtəlif rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.

.