Bənövşəyi xəttin yeraltı dördüncü stansiyası olan "B4" 2024-cü ildə açıla bilər.

Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, dəqiq tarix növbəti ildə işlərin hansı səviyyədə icra olunmasından asılıdır.

"Dördsəviyyəli olan stansiyanın iki səviyyəsinin inşası başa çatdırılıb. 2023-cü ilin sonuna qədər digər səviyyələrin də inşası tamamlanacaq. Həmçinin infrastrukturun qurulması və təchizatla bağlı əsas işlər də gələn il görüləcək" - deyə o qeyd edib.

"Bakı Metropoliteni": Xırdalana metro xəttinin çəkilməsi aktual deyil

"Mövcud konseptual inkişaf sxeminə əsaslansaq, Xırdalana metro xəttinin çəkilməsi aktual deyil".

Bunu  "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, ümumiyyətlə nəqliyyat məsələlərinin həll olunması məsələsində əsas prioritet hardasa metro stansiyalarının inşası deyil, məhz inteqrasiya olunmuş nəqliyyat, bir nəqliyyatdan digərinə rahat keçidin təmin edilməsi, eyni zamanda insanlara daha çox nəqliyyat seçimi imkanının verilməsidir:

"Metro şəhərdaxili nəqliyyat sayılır. Bu mənada Bakının mərkəzi əsas olmaq şərtilə biz hələ ki, bu məsələlərin həllinə tam nail olmamışıq. Xırdalan, Sumqayıt böyük şəhərlərdir. Düzdür, dünya praktikasında ətraf ərazilərə metro xəttinin çəkilməsi nümunələri var. Lakin Bakı üçün bu məsələ hazırda aktual deyil".

.