Rusiya öz məqsədlərinə nail olduqdan sonra xüsusi hərbi əməliyyatı başa çatdıra bilər.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ukraynadakı münaqişə, bizim fikrimizcə, xüsusi hərbi əməliyyat yalnız öz məqsədlərinə nail olduqdan sonra başa çatdırıla bilər. Yaxud da bunu sülh danışıqları ilə hədəflərə çatmaqla bitirmək mümkündür, lakin bildiyimiz kimi, Ukrayna tərəfinin tutduğu mövqeyə görə sülh danışıqları mümkün deyil”, - Kremlin sözçüsü vurğulayıb.

Kreml Xerson vilayətinin statusunun dəyişdirilməsini mümkünsüz hesab edir

Xerson vilayəti Rusiya Federasiyasının subyektidir, bu status təsbit olunub və burada heç bir dəyişiklik ola bilməz.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu, Rusiya Federasiyasının subyektidir. Qanunvericiliklə bu mövzu təsbit olunub, müəyyən edilib. Heç bir dəyişiklik yoxdur və ola da bilməz", - deyə Kremlin sözçüsü jurnalistlərin Rusiyanın bütün Xerson vilayətini öz ərazisi hesab etməkdə davam edib-etməməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

Kreml Rusiya qoşunlarının Xersonu tərk etməsinə münasibət bildirib

Kreml Rusiya qoşunlarının Xersonu tərk etməsinə münasibət bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Kreml Xersonu tərk etməyi alçaldıcı hesab edirmi?" sualına mənfi cavab verib.

Kremlin sözçüsü jurnalistlərə “Yox, yox” deyə cavab verib.

.