Avtomobil sahibi Fərid Cahangirov qəribə cərimələrlə üzləşib.

Report xəbər verir ki, metronun “28 may” stansiyası yaxınlığında dayanma-durma qaydalarını pozan sürücüyə iki qurum - Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi (DYP) tərəfindən eyni cərimə yazılıb.

Lakin maraqlıdır ki, cərimələrin tətbiq olunma vaxtları arasında cəmi yeddi saniyə fərq var. BNA cəriməni 16:45:27-ci saniyədə, DYP isə 16:45:34-cü saniyədə yazıb.

Vətəndaş bir xətaya görə ikiqat cərimələnməsindən şikayətçidir.

.