Cəbrayıl polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfəri saxlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Faiq Əliyev və tanışı Tehran Əliyev saxlanılıblar.

 

Qeyd edilib ki, F.Əliyevin idarə etdiyi avtomobilə baxış zamanı 1 kiloqrama yaxın narkotik vasitə tiryək və marixuana, həmçinin 240 ədəd psixotrop tərkibli metodon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

 

Cəbrayılda əməliyyat - Tutulanlar var (FOTO)

Cəbrayılda əməliyyat - Tutulanlar var (FOTO)

.