Rus Pravoslav Kilsəsi Pasxa bayramı zamanı Ukrayna ilə Rusiya arasında atəşkəs çağırışı etməyəcək.

Bu barədə - Moskva Patriarxlığının Sinodal şöbəsinin rəhbərinin müavini Vaxtanq Kipşidze bildirib.

Onun sözlərinə görə, Rus Pravoslav Kilsəsi Pasxa bayramı zamanı Ukrayna tərəfinin mənasızlığı və anlaşılmazlığı səbəbindən artıq atəşkəsə cəhd etmir.

Mayın 5-də provaslav xristianların Pasxa bayramı qeyd ediləcək. 2022 və 2023-cü illərdə Rus Provaslav Kilsəsi Pasxa bayramı günlərində cəbhə xəttində atəşkəs təklifi ilə çıxış edib.

.