Bu ilin ilk üç ayında Azərbaycanda iki mindən çox yeraltı təkan baş verib.

Bunu jurnalistlərə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, bu təkanlardan maqnitudası 3 və bundan yuxarı olanları barədə ictimaiyyətə məlumat verilib.

Qurban Yetirmişli deyib ki, ölkə ərazisində yeraltı təkanların sayı günü-gündən artır: "Lakin hazırda dağıdıcı gücə malik aktivlik müşahidə olunmur".

.