Böyük Britaniyanın yeni silahlı qüvvələr üzrə dövlət naziri təyin olunub.

Bu vəzifəyə Leo Dokerti təyin olunub.

"Silahlı qüvvələr üzrə dövlət naziri kimi Müdafiə Qərargahına qayıtmaqdan və bu komandaya qoşulmaqdan məmnunam", - o, "X" hesabında paylaşımında bildirib.

Qeyd edək ki, bundan əvvəl Leo Dokerti Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri postunda çalışıb. Böyük Britaniyanın silahlı qüvvələr naziri isə Ceyms Heppi idi.

.