Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel ABŞ prezidenti Donald Trampı Şimali Koreya ətrafında vəziyyətlə əlaqədar "ağlasığmaz davakar ritorika”da ittham edib.

Almaniya xarici siyasət idarəsinin başçısı bu haqda "Kölner Stadt-Anzeiger" nəşrinə müsahibəsində bildirib.
"Belə münaqişələr bəyanatlardan başlanır və hərbi əməliyyatla başa çatır. Bütün dünya Birləşmiş Ştatların siyasətindən şoka düşüb. Anlamaq çətindir, orada əsas kimdir?” – alman nazir qeyd edib.
Onun sözlərinə görə, vəziyyətin təhlükəsi ondan ibarətdir ki, eskalasiya bilmədən müharibəyə gətirib çıxara bilər.
.