Zinəddin Zidan Madrid “Real”ının baş məşqçisi postunu tərk edəcək.

Bu barədə “El Partidazo de COPE” məlumat yayıb.

Məlumata əsasən, növbəti həftə ərzində klub çalışdırıcısının gedişi barədə rəsmi açıqlama verəcək. Onu bu vəzifədə “Yuventus”un keçmiş baş məşqçisi Massimiliano Alleqrinin əvəz edəcəyi bildirilir.

Qeyd edək ki, kral klubu bu mövsüm heç bir titul qazanmayıb.

.