İspaniyanın “Real Madrid" futbol komandasının baş məşqçisi Zinəddin Zidan mövsümün sonuna yaxın vəzifəsindən getməyə qərar verib.
“TeleMadrid”-in məlumatına görə, 48 yaşlı mütəxəssis klubdan ayrılmaq istəyir. Baş məşqçi mənəvi və fiziki gərginlikdən yorulub. Zidan komandanın İspaniya çempionu olub-olmayacağına rəğmən, klubu tərk etmək niyyətindədir.
Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid"ə 2019-cu ildən başçılıq edir. O, daha əvvəl - 2016 - 2018-ci illərdə də Madrid komandasının sükanı arxasında olub. "Kral klubu" fransalı mütəxəssisin rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasının qalibi və 2 dəfə İspaniya çempionu olub. Bu mövsüm "Real Madrid" La Liqada 36 oyundan 78 xal yığıb və turnir cədvəlində ikinci yerdə qərarlaşıb.