Sabiq deputat, xalq artisti Zeynəb Xanlarovanın istintaqdan qaçıb gizlənən bacısı oğlu Daşqın Nəsirov saxlanılıb.

D. Nəsirov hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində tutularaq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Bildirlib ki, D. Nəsirov ötən gün saxlanılaraq, istintaqa təhvil verilib.

Qeyd edək ki, Daşqın Nəsirov  Türkan qəsəbəsində yaşayan 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını saxta sənədlərlə satıb.

O bir neçə nəfərlə əlbir olaraq qadınlara sağ ola-ola ölüm kağızı çıxardaraq əmlaklarını mənimsəməkdə ittiham edilir.

D. Nəsirovdan başqa bu iş üzrə Türkan qəsəbə sakini Çingiz Xeyrəli oğlu Səfərov,  Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev də həbs olunub.

.