
"Amma mən hesab edirəm ki, Papanın 40-ı çoxdan çıxıb".
"Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili, SSRİ xalq artisti Zeynəb Xanlarova parlamentin bugünkü iclasında deyib.
Millət vəkillərinin Roma Papasının ermənilərin xeyirinə etdiyi çıxışa etirazına münasibət bildirərkən Z. Xanlarova qeyd edib ki, ağlı başında olan adamlar həmin adamın sözlərinə inanmamalı və əhəmiyyət verməməlidir: "Mən Amerikadan təzə gəlmişəm. Oradakı sadə insanlarla görüşüm olub. Nyu -York şəhərinin meri ilə də görüşdüm. O, Azərbaycan haqqında elə danışırdı ki, heç azərbaycanlı olan şəxs belə danışa bilməzdi. Deyirdi ki, Azərbaycan çox gözəlləşib, az qala ailəmlə bura köçmək istəyirəm. 1 ayın içində gedib-gəlirəm, başqa gözəlliklər görürəm.
Mən həmçinin Nyu –Yorkda yaşayan yəhudilərin dini lideri ilə görüşdüm. O özü mənimlə görüşə gəlmişdi. Dedi ki, yəhudilərin sözlərini Azərbaycan prezidentinə çatdırın. Dedi ki biz sizi çox sevirik. Sizin bayrağınız bizim senaqoqda da asılıb. Sizə nə kömək lazımdırsa, edə bilərik. Ancaq təəssüflər olsun ki, bəzi adamlar var ki, Azərbaycanda olan bu inkişafı kor gözləri ilə görmürlər. Bu inkişafı görməmək, baxa-baxa kor olmaq deməkdir”.